Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb
  10 Sentyabr 2024    Oxunub:309
Formula 1 Azərbaycan Qran Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.

Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dörd günlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti