Azərbaycanlı alimlərin “Scopus”dakı göstəriciləri yüksəlib
Belə ki, elə ki, ölkəmiz üzrə “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin ilk 8 ayı ərzində ötən ilə nisbətdə 2 dəfədən çox artaraq 13 minə çatıb.
Bununla yanaşı, azərbaycanlı alimlərin "Scopus"da dərc olunan məqalələrində də artım müşahidə edilir. Azərbaycanlı alimlərin ötən il 1800-dən bir qədər çox olan məqalə sayı bu il artaraq 2382-ə bərabər olub. Nəzərə alsaq ki, 2024-cü ildə dərc olunan elmi işlərin sayımı 2025-ci ilin may-iyun aylarınadək davam edəcək, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3000-dən çox olacağı istisna edilmir.
Dərc olunan elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Belə ki, alimlərimizin bazadakı məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. Ötən il bu göstərici 9.2%-ə bərabər olmuşdu. Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-yə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər idi.
Əlavə olaraq, 2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan məqalələrin 1481-i Q1 (996) və ya Q2 (485) kvartilli jurnallarda dərc olunub. Bu göstərici isə ötən ilin eyni dövründə 733-ə (Q1 – 486, Q2 – 257) bərabər idi.
Qeyd edək ki, ötən ilin 12 ayı ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni xarici həmmüəlliflərlə birgə) dərc olun elmi işlərin sayı 856 (47%) idisə, bu göstərici cari ilin ilk 8 ayı ərzində 1594-ə (67%) yüksəlib.
AzVision.az
Teqlər: