Washington Post: "Livanda sülh Trampa hədiyyə olacaq"
"İsrail tərəfi növbəti Tramp hökumətinin ilkin xarici siyasət "hədiyyəsi" kimi Livanda atəşkəs səylərini davam etdirir. Atəşkəs razılaşmasının yanvarda baş tutması gözlənilir", - o vurğulayıb.
Digər tərəfdən, ötən günlərdə Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında İsrailin strateji işlər naziri Ron Dermerlə görüşüb. "Axios" xəbər saytının məlumatına əsasən, görüş əsnasında ABŞ-nin gələcək prezidentinə "İsrailin növbəti iki ay ərzində Qəzza, Livan və İranla bağlı planları" çatdırılıb.
Xatırladaq ki, noyabrın 5-də ardıcıl olmadan ikinci dəfə ABŞ lideri seçilən Donald Tramp "həm Yaxın Şərqdə, həm də Ukraynada müharibələri 24 saat ərzində bitirəcəyinə" dair vəd verib.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ İsrail Livan Qəzza danışıqlar