Çeçenistanın paytaxtı hava hücumuna məruz qalıb
![Çeçenistanın paytaxtı hava hücumuna məruz qalıb Çeçenistanın paytaxtı hava hücumuna məruz qalıb](https://azvision.az/photos/2024/12/KAZAR-1733984105.jpg)
Sosial şəbəkə istifadəçiləri şəhərdə partlayış səslərini eşitdiklərini yazır. Rəsmi orqanlar hələlik hadisə ilə bağlı məlumat verməyib.
Xatırladaq ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Çeçenistana üçüncü dron hücumudur. Dekabrın 4-də edilən əvvəlki hücumun da hədəfi məhz ikinci alayın bazası idi. Çeçenistana ilk PUA hücumu oktyabrın 29-da olub - nəticədə Qudermesdəki Xüsusi Təyinatlılar Universitetinin binalarından birinin damı yanıb.
Sahil İsgəndərov
AzVision.az