Həkimlərdən ibarət təyyarə Astanadan Aktauya uçub

 Həkimlərdən ibarət təyyarə Astanadan Aktauya uçub
  25 Dekabr 2024    Oxunub:398
Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara yardım göstərmək üçün həkimlərdən ibarət xüsusi təyyarə Astanadan Aktauya uçub.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda komissiya yaradılıb
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən təyyarə qəzasını araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş vermişdi.

Bundan başqa, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi(FHN) AZAL təyyarə qəzasında xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açıb. Həlak olanların və xəsarət alanların yaxınları aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

87172-55-96-21

8-7292-31-90-91

Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   AZAL  





Xəbər lenti