Putin Təhlükəsizlik Şurası ilə müşavirə keçirdi

Putin Təhlükəsizlik Şurası ilə müşavirə keçirdi
  28 Dekabr 2024    Oxunub:412
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin son operativ iclasında Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.
AzVision.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müşavirədə Xəzər regionunda beynəlxalq əməkdaşlıq və bəzi digər məsələlər müzakirə edilib.

“Bu gün biz sizinlə ən yaxın dostlarımız, həmkarlarımız, tərəfdaşlarımız, müttəfiqlərimizlə işin bir neçə məsələsini müzakirə edəcəyik və Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələsindən başlayacağıq”, - deyə dövlət başçısı müzakirə mövzusunu müəyyənləşdirib.

İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının rəhbərləri Valentina Matvienko və Vyaçeslav Volodin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və başqaları iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti