Bilgəhdə aşkarlanan suiti və quş cəsədlərindən nümunələr götürülüb

Bilgəhdə aşkarlanan suiti və quş cəsədlərindən nümunələr götürülüb
  13 Yanvar 2025    Oxunub:478
Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində suiti və quş cəsədləri aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev məlumat verib.

O bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti