AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, tariflərin hər ay 2-5% civarında artırılması nəzərdə tutulur. Plan üzərində Maliyyə naziri vəzifəsinə namizəd Skott Bessent, Milli İqtisadi Şuranın direktoru postuna namizəd Kevin Hassett və İqtisadi Məsləhətçilər Şurasının gələcək direktoru Stiven Miran işləyirlər.
“Belə yanaşma ABŞ-nin ticarət tərəfdaşlarına təzyiqinə və inflyasiya artımının qarşısını almağa kömək edəcək”, - mənbələrin dediklərinə əsaslanan “Bloomberg” agentliyi vurğulayır.
Xatırladaq ki, bundan əvvəl, seçki kampaniyası zamanı Tramp Çindən idxal olunan mallara 60% tarif tətbiq etməyi təklif etmişdi. Bundan əlavə, o, Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq etmətə söz verib.
Sahil İsgəndərov
AzVision.az