Vanetsyan: "ABŞ ilə saziş bizi yeni fəlakətə sürükləyəcək"

      Vanetsyan:    "ABŞ ilə saziş bizi yeni fəlakətə sürükləyəcək"
  15 Yanvar 2025    Oxunub:361
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan diqqət çəkən açıqlamalar verib. O, İrəvanın ABŞ-la strateji tərəfdaşlıq haqqında saziş imzalamasını tənqid edib.
Sosial şəbəkə hesabında paylaşım edən Vanetsyan sazişi tələsik atılmış addım adlandırıb. Keçmiş təhlükəsizlik məmurunun sözlərinə görə belə bir addımın mümkün nəticələr də nəzərə alınmayıb.

İrəvan və ABŞ bu gün strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq
Hazırda aktiv siyasətlə məşğul olan və "Vətən" partiyasına rəhbərlik edən Vanetsyan Nikol Paşinyanın yürütdüyü xarici siyasətdən də gileylənib. Onun sözlərinə görə hakimiyyətdə olanların xarici siyasəti avantüra məntiqinə əsaslanır: "Bu siyasət ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır".

Xatırladaq ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlığı nəzərdə tutan sənəd imzalayıb.

Sputnik Armeniya yazıb ki, İrəvan və Vaşinqtonun razılaşdırdığı bu sənəd amerikalıların Ermənistana “dəstəy”ini nəzərdə tutur. Razılaşma bir sıra əsas sahələri əhatə edir.

Artıq Rusiya da məsələyə münasibət bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənədin imzalanmasını şərh edərkən bildirib ki, ABŞ Ermənistandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   ABŞ  





Xəbər lenti