“Hazırda ciddi fikir ayrılıqlarına baxmayaraq, dialoqu bərpa etməyimiz normal vəziyyətə qayıdışdır. Belə dialoq lazımdır. Üstəlik, müzakirə olunan təkcə Ukrayna deyil”, - rusiyalı nazir deyib.
O, həmçinin Rusiya ilə Vaşinqtonun “Şimal axınları” mövzusunu müzakirə etdiklərini də bildirib.
- İndi təbii ki, fikir ayrılıqları var. Bəs Avropada normal enerji təchizatının bərpasına maraq varmı - bu, yalnız ABŞ və Rusiyanın marağıdırmı? “Şimal axını”ndan söhbət gedir. Amerikalılar Avropaya öz təsirlərindən istifadə edib, Rusiya qazından imtina etməməyə məcbur etsələr, yəqin ki, maraqlı olar. Amma bu, artıq bir növ sürrealizmdir”, - Sergey Lavrov vurğulayıb.
![]() |
TAC: “Ukraynada sülh üçün Tramp “Şimal axını -2” kəmərindən istifadə edə bilər” |
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Vaşinqtonun təhrikinə və təzyiqlərinə duruş gətirə bilməyən Aİ Rusiyadan aldığı ucuz təbii qazın həcmini kəskin surətdə azaltdı. Baltik dənizinin dibindən keçməklə Rusiya qazını Almaniyaya çatdıran “Şimal axını -1” və hələ istifadəyə verilməmiş “Şimal axını – 2” kəmərlərinin 2022-ci il sentyabrın 26-da partladılması isə Avropanın qaz təchizatı problemini daha da gücləndirdi. Lakin Vaşinqtonun, Rusiya qazından baha da olsa, Avropaya istənilən qədər maye qaz satacağı barədə vədi avropalıların narahatlığını xeyli səngitdi. Son iki ildə isə, mövcud reallıqla barışan Avropa, demək olar ki, Rusiyadan kiçik həcmdə qaz alışına tam uyğunlaşıb.
Sahil İsgəndərov
AzVision.az