Saturnun həlqələri niyə itir? | VİDEO

 Saturnun həlqələri niyə itir?  | VİDEO
  26 Mart 2025    Oxunub:1408
Astronomiya ilə maraqlananlar üçün ən tanınan planet Saturn planetidir. Bu, ilk növbədə, hətta durbin və ya həvəskar teleskopla da görünə bilən məşhur həlqələrlə bağlıdır. Lakin bir neçə gün əvvəl Saturnun əfsanəvi atributları yoxa çıxıb.
AzVision.az xəbər verir ki, bu “itki” yalnız Yer planetindən olan müşahidəçilərə aiddir. Çünki söhbət orbital parametrlər və Saturnun fırlanma oxunun mailindən gedir. Bizim yaşadığımız planet hər 29,4 Yer ilində Günəş ətrafında bir dövr edən bu nəhəngin halqalarının virtual müstəvisini keçib. Bu fenomen üçün daha vacib olan məqam Saturnun demək olar ki, 27 dərəcə bucaq altında fırlanmasıdır. Kənardan onun yavaşlayan zirvə kimi yelləndiyi görünür.

Bu görünən yırğalanmaya əsasən, Yer kürəsi bəzən Saturnun disklərinin müstəvisini keçir - bu, orta hesabla 15 ildə bir dəfə baş verir. Həlqələrin diametri 273 min kilometrdən çox məsafəyə qədər uzanır. Lakin onların qalınlığı yüzlərlə metrdən çox deyil ki, bu da onları yan tərəfdən baxanda praktiki olaraq görünməz edir.


Son yeddi ildə Saturnun həlqələri Yerdəki müşahidəçilər üçün martın 23-də “sıfır” nöqtəsini keçənə qədər tədricən “daralıb”. İndi onlar 2032-ci ildə baxış üçün ən əlverişli bucaq əldə edənə qədər vizual olaraq tədricən artacaqlar.

Maraqlıdır ki, Yerin Saturnun həlqələrının müstəvisi ilə bu cür kəsişmələri keçmişdə planetin yeni peyklərini axtaran astronomlar üçün çox əlverişli olub. Bu anlarda həlqələrin yaratdığı işıq çirklənməsi minimal idi və hətta 17-18-ci əsrlərdəki zəif teleskoplar başqa şəraitdə əks olunan işıqda itəcək fərdi peykləri görməyə imkan verirdi.


Yeri gəlmişkən, indi kimsə Saturna halqasız baxmaq istəsə belə, bunu etmək o qədər də asan olmayacaq. Planet müşahidəçilər üçün Günəşə çox yaxındır. Hərçənd, həvəskarlar nəhəng planetin nadir mövqeyini belə çətin şəraitdə belə çəkə bilirlər.

Alimlərin fkrincə, yaxın gələcəkdə Saturnun müşahidələri üçün ən yaxşı məqam bu il sentyabrın 21-i olacaq. Həmin gün Yer Günəşlə bu planet arasında yerləşəcək. Bu səbəbdən Saturna qədərki məsafə minimal olacaq və o, əlverişli vaxtda gecə səmasında görünəcək. Bu zaman həlqələr yenidən aydın şəkildə müşahidə ediləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saturn   həlqələr  





Xəbər lenti