DİN iş adamının qətlini araşdırır

DİN iş adamının qətlini araşdırır
  14 Avqust 2014    Oxunub:1443
Daxili İşlər Nazirliyi Göyçayda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
DİN-dən verilən məlumata görə, avqustun 13-də Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında, oranın sahibi Sahib Abbasovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Göyçay Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti