Sərhəddə əməliyyat: 47 nəfər həbs edilib

Sərhəddə əməliyyat: 47 nəfər həbs edilib
  14 Avqust 2014    Oxunub:2130
2014-cü ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilib.
AzVision.az Dövlət Sərhəd Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 47 nəfər saxla­nılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 4 nəfəri Moldova, 3 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə və hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası, İran İslam Respublikası və Ukrayna vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil veriliblər.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 22 kiloqram 166 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.


Teqlər:  





Xəbər lenti