Masallı və Lənkəran meşələri yandı

Masallı və Lənkəran meşələri yandı
  16 Avqust 2014    Oxunub:3098
Azərbaycanın bir neçə rayonunda meşə zolağı yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Lənkəran rayonu, Biləsər kəndində (rayon mərkəzindən 30 km aralı) meşənin dağlıq ərazisində 4 ha sahədə meşə zolağı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Masallı rayonunda baş verib. Belə ki, rayon mərkəzindən 21 km aralı meşə ərazisində 15,5 ha sahədə meşə zolağı yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran rayonu, Şovu kəndində (rayon mərkəzindən 17 km aralı) meşənin dağlıq ərazisində 1 ha sahədə meşə zolağı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti