Yaşasaydı 89 yaşı olacaqdı...

Yaşasaydı 89 yaşı olacaqdı...
  16 Avqust 2014    Oxunub:1675
Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Mərhum yaşasaydı 89 yaşını qeyd edəcəkdi.
B.Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. O, 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub.

Görkəmli şair 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyeslərini səhnələşdirib.

Xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti