Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq

Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq
  17 Avqust 2014    Oxunub:3064
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, gündüz saniyədə 5-10 metr sürətlə cənub-şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 14 metrə çatacaq.
Temperatur gecə 23-27° isti, gündüz 34-38° isti olacaq.

Bakıda gecə 25-26°, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperature - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, 3-8 metr sürətlə şərq küləyi əsəcək.

Temperaturun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.

Temperatur gecə 13-18°, gündüz 26-31° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.

Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
isə hava əsasən yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.

Temperatur gecə 18-23°, gündüz 32-37° isti olacaq.

Mərkəzi Aran-Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.

Temperaturun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək, saniyədə 3-8 metr sürətlə şərq küləyi əsəcək.

Temperatur gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti