Abbas Abbasovun ailəsində itki

Abbas Abbasovun ailəsində itki
  17 Avqust 2014    Oxunub:4901
Baş nazirin sabiq müavininin qaynanası vəfat edib.
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq müavini Abbas Abbasov 1923-cü il doğumlu erməni qaynanası Göharik vəfat edib. Onun adı sonradan Gövhər olaraq dəyişdirilib O, Gəncə şəhərində həyat yoldaşı Mobil Quluyevin yanında dəfn olunub.

Ermənistanla sıx biznes əlaqələri olan A.Abbasovun Rusyada da ermənilərlə şərikli biznes obyektləri var. Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (Azərbaycan müstəqillik qazandıqdan sonra) məcburən İmamzadada islam dinini qəbul edib. Onun qaynanası vəfat etmədən öncə erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib.

Hər kəsə bəllidir ki, Abbas Abbasovun həyat yoldaşı Bella Abbasova Xarici Dillər Universitetində çalışır. Amma, o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq
elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.

Dəfn mərasimində şəxsən iştirak edən etibarlı mənbənin verdiyini məlumata əsasən hazırda islam qaydalarına uğun olaraq 2 böyük çadır qurulsa da yasda iştirak edənlər çox azdır. Buna səbəb isə vəfat edənin erməni olmasıdır.(musavat.com)


Teqlər:





Xəbər lenti