Oğurlanan körpəni tapana pul veriləcək

Oğurlanan körpəni tapana pul veriləcək
  19 Avqust 2014    Oxunub:1645
Azərbaycanda iki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib.
Sumqayıt şəhər Polis İdarəsindən verilən xəbərə görə, uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər.

Körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə pul mükafatı vəd olunur.
Uşağı və ya qadını görənlərdən Sumqayıt şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi qorunacaq.

Polisdən həmçinin oğurlanan körpənin fotosunu da APA-ya təqdim ediblər.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.


Teqlər:





Xəbər lenti