Azərbaycanda məmurun bıçaqlanma anı - VİDEO

Azərbaycanda məmurun bıçaqlanma anı - VİDEO
  19 Avqust 2014    Oxunub:5550
Xəbər verdiyimiz kimi, bu gün əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb.

AzVision.az kanal baku-ya istinadən xəbər verir ki, hadisə ərazidəki mağazalardan birində baş verib və bıçaqlanma anı təhlükəsizlik kameralarına düşüb.

Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub.

Hadisəyə Fizuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.

Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Həmin görüntüləri təqdim edirik:




Teqlər:





Xəbər lenti