Bu gün 40 dərəcə isti olacaq

Bu gün 40 dərəcə isti olacaq
  19 Avqust 2014    Oxunub:1410
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 23-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam qərb bölgəsinin bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, 25-30 dərəcə isti olacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti