Masallıdakı uçqunla bağlı rəsmi məlumat

Masallıdakı uçqunla bağlı rəsmi məlumat
  21 Avqust 2014    Oxunub:1433
Fövqəladə Hallar Nazirliyi Masallı şəhərində baş verən torpaq uçqunu ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Masallı şəhərində uçqun hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparan 2 nəfər fəhlə torpaq uçqunu altında qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə köməksiz vəziyyətdə qalan fəhlələrdən 1 nəfərini yaralı halda, digərinin isə cəsədini torpağın altından çıxaıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:43-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti