Evində ölü tapıldı

Evində ölü tapıldı
  22 Avqust 2014    Oxunub:1951
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1970-ci il təvəllüdlü Qaynulov Marat Rəfailoviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən M.Qaynulovun meyiti döşəmədə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:09-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti