İvanovka ruslarından etiraz: `Susuzluqdan ölürük`
Su problemindan cana gəldiklərini deyən ivanovkalılar aidiyatı dövlət qurumlarından kömək istəyiblər.
“Bir aydır ki, suyumuz gəlmir. İsti havada susuz necə qalmaq olar? Susuzluqdan ölürük. İçməyə bir stəkan su da tapa bilmirik. Məcbur olub maşınla su alırıq. Bir maşın su da 40, 50 manatdır. Buna bizim imkanımız yoxdur. Qarnımızı güclə doyuzdururuq, suyu necə alaq? Xahiş edirik dövlət qurumları bizə kömək etsinlər”.
Sakinlərinin fikrincə, İvanovkada bir neçə vəzifəli şəxsin villasından başqa heç bir evə su gəlmir.
“Kənd icra nümayəndəliyi bildirir ki, İvanovkanın bir həftəlik suyu qalıb. Bu il quraqlıq olduğu üçün çaylarda su olmayıb, ehtiyat anbarda da su ehtiyatı azdır. Axı biz nə edək? Təsəvvür edir, isti havada susuz necə qalmaq olar?”-deyə sakinlər şikayətləniblər.
Qeyd edək ki, İvanovka kəndinə yeni su xəttinin çəkilməsi üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən birinci dəfə 4 milyon, ikinci dəfə 3,8 milyon manat vəsait ayrılıb.
AzVision.az