"Hirkan" yenə yandı

"Hirkan" yenə yandı
  25 Avqust 2014    Oxunub:1857
Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində "Hirkan" dövlət qoruğunda yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 18 km aralı) "Hirkan" dövlət qoruğunun ərazisində 0,5 ha sahədə kol-kos və müxtəlif ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti