Kür daha 2 can aldı

Kür daha 2 can aldı
  28 Avqust 2014    Oxunub:1478
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı nəzarətsiz ərazidə) 2 nəfər suda batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin “Əli-Bayramlı” sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə cəlb olunublar. Həmin gün saat 21:09-da batanlardan birinin, 1997-ci il təvəllüdlü Nərimanov Tərlan Azər oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər 1 nəfərin axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti