Mingəçevir şəhərində su anbarında 2 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşən 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 20:05-də başa çatıb.