ASAN-ın rəhbəri gənclərlə görüşdü – FOTOLAR

ASAN-ın rəhbəri gənclərlə görüşdü – FOTOLAR
  01 Sentyabr 2014    Oxunub:6841
31 avqust 2014-cü il tarixində “ASAN Könüllüləri” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər fondunun dəstəyi ilə təşkil olunan “Natiqlik Klubu” layihəsi sona çatıb.

Layinənin bağlanış mərasimində fəxri qonaqlar Azərbaycan Respublikasının Prezindeti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikasının Prezindeti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdürü Elvin Paşayev iştirak ediblər.

Tədbirin açılış mərasimini “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı Qubadlının işğal gününü anaraq başlayıb. Açılışdan sonra 6 iştirakçı müsabiqə xarakterli çıxışlar edib və onlardan üçü yer tutaraq, sertifikat və medallarla təltif ediliblər.

Çay fasiləsi zamanı tədbirin qonaqları və iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ilə səmimi söhbət ediblər. Söhbət boyunca İnam Kərimov könüllülərə öz tövsiyələrini verib və könüllülər də öz ideyalarını İnam Kərimovun diqqətinə çatdırıblar.

Qeyd edək ki, təlimlər Azərbaycanın ən çox fəqrlənmiş təlimçiləri və eyni zamanda natiqlərindən olan Nərgiz Seyid-zadə və Tural Sultanov tərəfindən keçirililib. Həmçinin qeyd edilən təlimçilər və öz sahəsində tanınmış ekspert Toğrul Talıbzadə də müsabiqə zamanı münsiflər heyətinin üzvü olublar.

Sözügedən layihədə iştirak üçün müraciət etmiş 335 nəfərdən 22-si seçilərək təlimlərə qatılmaq şansı qazanıblar.

Təlimlər zamanı hazırcavablıq - vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulasiya yolları və digər mövzular əhatə olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti