Bu gün 35 dərəcə isti olacaq

Bu gün 35 dərəcə isti olacaq
  09 Sentyabr 2014    Oxunub:1298
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 09-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə sentyabrın 09-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentabrın 10-11-də arabir güclənən xəzri küləyi fonunda temperaturun nisbətən enməsi müsbət amildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti