Yeməkdən telefon çıxdı

Yeməkdən telefon çıxdı
  09 Sentyabr 2014    Oxunub:1318
3 saylı İT-yə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, ərinə sovqat gətirən qadının sovqatına baxış keçirilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Rusiya vətəndaşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilmiş şəxs Elbrus Esedullaxoviç Karibova həyat yoldaşı, Rusiya Federasiyasının Kabardino-Balkariya Respublikasında yaşayan vətəndaş Amina Oleqovna Sasikovanın gətirdiyi sovqata baxış keçirilən zaman sellofan paketin içərisində gizlədilmiş bir ədəd “Samsunq Duos” markalı mobil telefon aparatı, üç ədəd “Meqafon”, “Belain” və “Türkcell” danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti