Xırdalandakı partlayışla bağlı yeni məlumat

Xırdalandakı partlayışla bağlı yeni məlumat
  09 Sentyabr 2014    Oxunub:1729
Daxili İşlər Nazirliyi ötən gün Xırdalanda baş verən patlayışla bağlı rəsmi məlumat yayıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmayan 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşmış və 5-ci mərtəbəyədək tikilib binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb, Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti