Fransanın nüfuzlu qəzeti ASAN-dan yazdı

Fransanın nüfuzlu  qəzeti ASAN-dan yazdı
  10 Sentyabr 2014    Oxunub:6491
Fransanın nüfuzlu "Acteurs Public" qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun "Azərbaycanda ictimai xidmətlərinin müasirləşdirilməsi üçün yeni model" sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidentinin 5 sentyabr 2012-ci il fərmanı ilə yaradılmış ASAN xidmət mərkəzləri Azərbaycan vətəndaşları üçün ictimai xidmətlərdən istifadəni şəffaf, effektiv və müasir edib.

Məqalədə “ASAN Xidmət”in Azərbaycana aid bir innovasiya olduğu, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində ciddi yenilik gətirdiyi vurğulanır. Bildirilir ki, bu xidmətin tətbiqi vətəndaş-məmur münasibətlərini tamamilə yeni bir mərhələyə yüksəldib.

Qeyd edilir ki, Azərbaycanın yeni brendi olan ASAN xidmət bir sira beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilib.



Yazıda o da deyilir ki, ASAN xidmət mərkəzlərində işləyənlərin orta yaş həddi 17-25 arasıdır. Burada həmçinin 3000-ə yaxın könüllü işləyir.

ASAN xidmət mərkəzlərində göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi üçün Xüsusi planşetlər və “Skype” kiosklardan istifadə olunur. Və məlum olur ki, müraciət edənlərin 97 faizi ASAN xidmətdən razıdırlar. Bundan başqa, ölkənin digər bölgələrində yaşayan vətəndaşlara səyyar ASAN xidmət də göstərilir.

Məqalənin tam versiyası ilə BURADA tanış olmaq olar.

AzVision.az



Teqlər:  





Xəbər lenti