Hansı bayramı daha həvəslə qeyd edirsiniz? - Sorğu
Məlum olub ki, ən həvəslə qeyd olunan bayram Ramazan Bayramıdır - 555 nəfər ona səs verib.
İkinci yerdə 441 səslə Novruz Bayramı gəlir.
Sonrakı yerlər isə belə sıralanıblar:
Yeni il - 203 nəfər
Qurban Bayramı - 94 nəfər
63 nəfər isə öz şəxsi bayramlarını (ad günləri və digər əlamətdar günlər) daha həvəslə qeyd edirlər.
Bu sorğu Gələcəyə Baxış Sosial Təhlil İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə "Milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dəstək ol!" layihəsi çərçivəsində keçirilmişdir.