Deputat ermənilərə daha geniş müstəqillik istədi

Deputat ermənilərə daha geniş müstəqillik istədi
  11 Noyabr 2014    Oxunub:2162
“Ermənistan ancaq bir halda - forpostu olduğu dövlət ona bunu əmr etdikdə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər”.
Bu fikirləri AzVision.az-a açıqlamasında millət vəkili Sahib Alıyev Ermənistan parlamentində Dağlıq Qarabağdakı uydurma qurumun müstəqilliyinin tanınması məsələsinə baxılmasına münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, bu məsələ birinci dəfə qaldırılmır: “Levon Ter-Petrosaynla Köçəranın dövründə daşnaklar, Sərkisyan prezident seçiləndən isə İrs Partiyası bir neçə dəfə belə bir təşəbbüslə çıxış ediblər. Yenə də təşəbbüsçü rolunda çıxış edən həmən İrsdir, öz də bilə-bilə ki, bu addımın atılması Ermənistanı fəlakətlə üzləşdirəsidir. Çünki onda Dağlıq Qarabağ məsələsinə yanaşmada ikili standartlardan çıxış edənlərin də “münaqişə ancaq danışıqlar yoluyla çözülməlidir” deməyə daha arqumentləri qalmır. Soruşula bilər ki, Ermənistanın bu addımından sonra biz nəyin danışıqlarını aparacağıq”.

S.Alıyevin sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıyla ermənilər Azərbaycanın savaşa başlamaq üçün yolunu tam açmış olurlar: “ İrsdəkilər bunu yaxşı anlayırlar. Sadəcə populistlik edirlər. İrəvanda jurnalistlər Moskvanın nədən Dağlıq Qarabağla Krıma fərqli yanaşdığını soruşanda Rusiyada ən qatı erməni havadarlarından biri kimi tanınan, Ermənistanın Milli Qəhramanı adını daşıyan Nikolay Pıjkov belə deyirsə ki, oranı Krımla eyniləşdirməyin, Krım qədim rus torpağıdır, onlar bundan öz hesablarını götürməlidirlər”.

Millət vəkili onu da xatırladıb ki, keçmiş SSRİ-nin keçmiş baş naziri bununla dolayısıyla da olsa, ermənilərin üzlərinə dedi ki, Dağlıq Qarabağ sizin torpağınız deyil: “Ermənistan ancaq bir halda - forpostu olduğu dövlət ona bunu əmr etdikdə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. Və bir daha deyirəm belədə savaş qaçılmazdır. Amma indi Rusiyaya bir cəbhə də Qafqazda açmaq lazımdırmı? Düşünürəm ki, yox. Eyni zamanda orasını da dəqiq bilirəm ki, Minsk qrupu həmsədrləri içində hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinə ən az maraqlı ölkə Rusiya olduğu kimi, bizim torpaqların Ermənistanın tərkibinə qatılmasını ən çox istəməyən də məhz odur. Paradoksdur, ancaq belədir. Bu baş verərsə, onda Moskvanın forpost üzərində təsiri zəifləyə bilər. İrəvandakı siyasətçilər də yaxşı fərqindədirlər ki, Kremlə Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə çözülməsi yox, çözülməmiş qalması sərf edir. Ona görə də yaxşı olardı ki, İrs Partiyası parlamentdə Dağlıq Qarabağın yox, öncə forpost Ermənistanın müstəqilliyi məsələsini qaldırsın. Əminəm ki, onlar üçün bu məsələ indi daha aktualdır”.


Teqlər:



Xəbər lenti