Müsavatda fraksiya narazılığı

Müsavatda fraksiya narazılığı
  11 Noyabr 2014    Oxunub:1382
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyanın sədr müavini Gülağa Aslanlının Müsavatda fraksiya yaradılmasının nizamnaməyə zidd olduğu ilə bağlı fikirlərinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə şəxsi facebook səhifəsində yazıb:

“Statuslarınızı, rəylərinizi izləyirəm. Fakt tələb edirsiniz. Bu da sizə 2 fakt, lütfən, cavab verin:

1. Qurultaydan sonra Səbayil rayonunda bir sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Məclisdə Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı?

2. Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?”.

Qeyd edək ki, Gülağa Aslanlı açıqlamasında bildirib ki, Müsavatda icazə verilməyən hər şey qadağandır: “ Başqa sözlə, siyasi partiyanın fəaliyyətində "Siyasi partiyalar haqqında" Qanunla nəzərdə tutulmayan hər hansı fəaliyyət forması qadağandır. Məncə, kifəyət qədər geniş izahatdır”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti