Siyavuş Novruzovdan müxalifətə: `Biabırçılıq idi...`

Siyavuş Novruzovdan müxalifətə: `Biabırçılıq idi...`
  11 Noyabr 2014    Oxunub:1401
Müxalifətin Milli Şura qanadının noyabrın 9-da "Məhsul” stadionunda keçirdiyi mitinq siyasi müstəvidə kəskin iradlara tuş gəlib. Sosial şəbəkələrdə ardı-arası kəsilməyən dəvətlərə baxmayaq müxalifətin mitinqinə cəmi 700 nəfər qatılıb. Halbuki, müxalifət yetkililəri çıxışlarında minlərlə insanın mitinqə gəldiyini iddia edirdi. Sonuncu mitinq Azərbaycan müxalifətinin hansı vəziyyətdə olduğunu bir daha sübut elədi.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın noyabrın 9-da baş tutan mitinqinin biabırçılı olduğunu hesab edir

AzVision.az-a açıqlamasında YAP rəsmisi müxalifətin acınacaqlı durumda olduğunu deyərək Milli Şuranın mitinqini izləmədiyini qeyd edib:

“Bazar günü keçirilən aksiya mitinq deyildi. Biabırçı bir şey idi, ona görə də mən onu izləmirəm. İştirakçıların səviyyəsi o qədər aşağı idi ki, adam baxanda xəcalət çəkirdi”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti