6 mindən çox qadın bələdiyyə sədri olmaq istəyir

6 mindən çox qadın bələdiyyə sədri olmaq istəyir
  11 Noyabr 2014    Oxunub:1996
“Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 1546 bələdiyyə üzrə namizəd kimi müraciət olunub”.
Bunu AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib. Şöbə müdirinin sözlərinə görə, müraciət edənlərin sayı 21 min 764 nəfərdi:

“Onların 17 463 nəfəri imza vərəqi alıb, 5837 nəfər imza vərəqələrin qaytarıb. İmza vərəqələri qaytaranların 1724 nəfərinin namizədliyi qeydə alınıb. Namizədlik üçün müraciət edənlərin 15 369 nəfəri kişi, 6395 nəfəri isə qadındır. 17 601 nəfəri ali təhsilli, 1862 nəfəri orta ixtisas təhsilli və 2232 orta təhsillidir”.

Ş.Əsədli bildirib ki, Bələdiyyə seçkilərində iştirak etmək üçün vətəndaşlara bildiriş vərəqlərinin paylanılması dekabrın 16-na qədər yekunlaşacaq:

“Vərəqləri seçki gününə 15 gün qalanda qanuniləşdirilmiş akt formasında seçki məntəqələrinə təhvil veriləcək”.

Xatırladaq ki, Azərbaycanda 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq. Səsvermə dekabrın 23-də keçiriləcək.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti