BMT rəsmisi kəlbəcərli girovlarun məhkəməsindən danışdı
O qeyd edib ki, bu, təəssüf doğuran və faciəvi bir situasiyadır.
"Məsələyə cəlb olunmuş şəxslər və onların ailələrinin vəziyyəti ilə bağlı təəssüf hissi keçirirəm. Çox şadam ki, hökumət səlahiyyətliləri bu məsələni siyasi gündəmə gətiriblər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı humanitar təşkilat olduğu üçün məsələnin humanitar tərəfi ilə məşğul olur.
Lakin əminəm ki, məsələnin siyasi tərəfi və birbaşa problemlə əlaqədar olan şəxslər gündəlik onun üzərində işləyirlər. Mən problemdən hamı üçün müsbət nəticələnəcək istənilən həll yolunu dəstəkləyəcəm", - deyə, D.Siqurdson bildirib.







Vaxtında, Aydın, Lazımlı!


