Həbsxanadakı qanlı dava ilə bağlı -Rəsmi açıqlama

Həbsxanadakı qanlı dava ilə bağlı -Rəsmi açıqlama
  12 Noyabr 2014    Oxunub:2091
Penitensiar Xidmət Nizami rayonu 6 saylı cəzaçəkmə müəssisəsində baş verən davayla bağlı açıqlama yayıb.

AzVision.az xəbər verir ki, açıqlamada deyilir:

“8 noyabr 2014-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı şəhərinin Nizami rayonunda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib. Münaqişənin qarşısı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş idarəsinin əməkdaşlarının səyi ilə alınıb. Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun tələbləri izah edilib, müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib”.

Münaqişə zamanı cəzaçəkən məhkumlar və əməkdaşlar arasında heç bir xəsarət alan olmayıb. Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nizami Rayon Prokurorluğuna təqdim olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti