Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edildi. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.
Prezidentlərin təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
Daha sonra Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


