Hikmət Hacızadə Müsavatı boykot etdi

Hikmət Hacızadə Müsavatı boykot etdi
  13 Noyabr 2014    Oxunub:1730
Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə təşkilatda fəaliyyətini dondurduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, H. Hacızadə bu barədə partiya başqanı Arif Hacılıya ünvanladığı bəyanatda qeyd edib.

O bildirib ki, bu qərarına səbəb ötən gün partiya üzvü Kamil Xəlilbəylinin dünən "partiyanin siyasi-ideoloji xəttinə xəyanət" ittihamı ilə təşkilat sıralarından azad edilməsidir:

“K. Xəlilbəyli ilə bağlı qərar “böyük planın bir hissəsi”dir. Yəni narazıların 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək". Ar osun, belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm və qərarınıza etiraz edirəm”.

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının ötən gün keçirilən iclasında daxil olan şikayət ərizələrini müzakirə edib və Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti