Müsavat Hikmət Hacızadəni qınadı

Müsavat Hikmət Hacızadəni qınadı
  13 Noyabr 2014    Oxunub:1460
Müsavat Hikmət Hacızadənin partiyadakı fəaliyyətini dondurması haqda çıxışına cavab verib.
Partiyanın başqan müavini Gülağa Aslanlı AzVision.az-a açıqlamasından bildirib ki, H.Hacızadə tələskənliyə yol verib:

“Müsavat Partiyasında kiminsə partiyadan xaric olunması haqqında hər hansı bir məsələ müzakirə olunmur. Kimsə cəzalanırsa, bu, Nizamnamənin tələbinə uyğun və şikayətlərə əsasən olur. Həmin şikayətləri qəbul etməyən, qərarla razılaşmayanlar isə bu barədə Divana müraciət edə bilərlər. Hələ ilkin prosedurlar başa çatmayıb. Ona görə də hesab edirəm ki, Hikmət Hacızadə tələskənliyə yol verib”.

Qeyd edək ki, Məclis üzvü Hikmət Hacızadə Kamil Xəlilbəylinin partiya sıralarından xaric olunması barədə MNTK-nın qərarına etiraz edib və partiyadakı fəaliyyətini dondurduğunu açıqlayıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti