`O hərbçinin fotolarını yaymayın` - Nazirlik
Nazirliyin mətbuat xidmətindən AzVision.Az-a verilən açıqlamada Muradov İlkin Məmməd oğlunun video və fotolarının yayılmasının düzgün olmadığı qeyd olunub:
“Həmin şəxsin foto və videolarının sosial şəbəkələr və müxtəlif yolla yayılması düzgün deyil”.
Nazirlikdən bunun qarşısını almaqla bağlı hər hansı tədbirin görüləcəyi ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


