Papaya çağırış: Ərdoğanın sarayına getmə!

Papaya çağırış: Ərdoğanın sarayına getmə!
  14 Noyabr 2014    Oxunub:1660
“Papa Ərdoğanın sarayına getməsin”
Türkiyə Memarlar İttifaqı Roma Papası Fransiskonun ölkəyə səfəri zamanı prezident sarayına getməyini istəmir.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İttifaqın sədri Tezcan Karakuş bu barədə rəsmi Vatikana məktub da göndərib.

Bunun səbəbi isə 1000 otaqlı prezident iqamətgahının qeyri-qanuni olmasıdır. Memarlar İttifaqi hesab edir ki, Papanın prezident sarayına getməsi onu qanuniləşdirəcək.

Məktubda qeyd olunur ki, Ağ ev, Kreml və Bukinqem sarayından daha böyük olan iqamətgahın tikintisi üçün 384 milyon funtsterlinq pul xərclənib. Türkiyədə bir çox adam bu sarayın tikintisini israfçılıq və Ərdoğanın getdikcə artan nüfuzunun göstəricisi kimi görür və tənqid edir.

Bu iqamətgahın tikilməsinə etiraz edən bir çox məhkəmə qərarı da onun inşasına mane ola bilməyib.

Memarlar İttifaqnın tələbi ilə bağlı rəsmi Vatikanın açıqlamasında isə bildirilir ki, Papanın səfər proqramında dəyişiklik edilməyəcək: “Papa görüşlərini türk rəsmilərinin təyin etdiyi yerdə edəcək. Hara getmək lazımdırsa, ora gedəcək. Əlavə sözə ehtiyac yoxdur”.

Qeyd edək ki, 28-30 noyabr tarixlərində baş tutacağı gözlənilən səfər zamanı Papa Fransiskonun ilk getdiyi yer Atatürkün məzarı olacaq.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti