Komitə ermənilərin müraciətinə CAVAB VERDİ

Komitə ermənilərin müraciətinə CAVAB VERDİ
  14 Noyabr 2014    Oxunub:2832
“Beynəlxalq Qızıl Xaç Komitəsi erməni tərəfinin müraciəti ilə əlaqədar aidiyyatı qurumlarla dialoq aparır”.
Bunu AzVision.az-a açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Şöbə rəhbərinin sözlərinə görə, Cenevrə konvensiyalarına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir.

“BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır”.

Həmçinin İ.Hüseynova qeyd edib ki, noyabr ayının 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan 5 mülki şəxsə baş çəkiblər.

“Bizim əməkdaşlar 5 nəfər mülki şəxsdən ibarət erməni ailəyə baş çəkiblər. Onların ailələrinə məlumat göndərilib və onlarında məlumatı ailələrinə çatdırılıb”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan sərhədini pozan Ermənistana məxsus helikopter cəbhə xəttində məhv edilib. Erməni KİV-lərinin yaydığı məlumata görə, hadisə zamanı helikopterdə 3 hərbiçi olub. Hərbçilərin cəsədinin götürülməsi üçün erməni tərəfi BQXK-a müraciət edib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti