Müdafiə Nazirliyi: Döyüşə tam hazırıq

Müdafiə Nazirliyi: Döyüşə tam hazırıq
  14 Noyabr 2014    Oxunub:3687
Müdafiə Nazirliyindən cəbhə xəttindəki vəziyyətlə bağlı açıqlama verilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhə xəttində vəziyyət normaldır:

“Erməni tərəfin iddia etdiyinin əksinə olaraq vəziyyət normaldır və qoşunlarımızın tam nəzarəti altındadır. Adəti üzrə düşmən tərəfi atəşkəs rejimini pozur və cavab atəşi ilə susdurulur”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən həmçinin hərbçilərimizin döyüş hazırlığı vəziyyəti ilə bağlı da açıqlama verilib:

“Hərbiçilərimizin döyüş ruhu, mənəvi-psixoloji durumu yüksəkdir, xidmətlərini ayiq-sayıq davam etdirirlər”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti