“Fatimeyi-Zəhra” məscidi ləğv edildi
Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlayıb. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.
13 noyabr 2014-cü ildə kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.
Mirvari Nəcəf
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


