Səhiyyə Nazirliyindən turşu məsləhəti...

Səhiyyə Nazirliyindən turşu məsləhəti...
  14 Noyabr 2014    Oxunub:2258
Qış mövsümündə zəhərlənmə hallarına tez-tez rast gəlinir. Xəbər verdiyimiz kimi, bu günlərdə Ağcabədi rayonunda bir ailənin 3 üzvü turşu zəhərlənməsi ilə əlaqədar xəstəxanaya gətirilib. Onlar ev şəraitində hazırlanan turşunu yeyəndən sonra zəhərləniblər. Ümumiyyətlə, bu mövsüm zəhərlənmələrin əksəriyyəti ev şəraitində hazırlanan turşulardan irəli gəlir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev AzVision.az-a bildirib ki, ilin əvvəlindən bu günə qədər qidadan 1076 zəhərlənmə halı olub və 1188 nəfər zərər çəkib. Şöbə müdirinin sözlərinə görə, baş verən zəhərlənmə hadisələrindən 15-i turşudan zəhərllənmə ilə bağlı olub ki, bu zaman 27 nəfər zərər çəkib.

“Bu hadisələr nəticəsində 1 nəfər dünyasını dəyişib. Bu zəhərlənmələr daha çox ev şəratinidə hazırlanan turşulardan və konservatlardan olub”.

İ.Abdullayev bildirib ki, ev şəraitində hazırlanan turşuları ləğv etmək lazımdır:

“Onlardan istifadə etməməyi tövsiyyə edirəm. Çünki təcrübə onu göstərir ki, onun hazırlanmasında yalnışlığa yol verirlər və nəticədə ailə üzvlərinin zəhərlənməsinə səbəb olur. Bu zəhərlənmə çox ağır keçir. Məsləhət görərdim ki, ev şəraitində hazırlanan konservatlardan istifadə olunmasın”-deyə şöbə müdiri vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti