Helikopter olayı ilə bağlı beynəlxalq qurumlara MÜRACİƏT

Helikopter olayı ilə bağlı beynəlxalq qurumlara  MÜRACİƏT
  14 Noyabr 2014    Oxunub:1816
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev BMT-nin baş katibi Pan Ki Muna, ATƏT-in baş katibi cənab Lamberto Zaniyerə, Avropa Şurası Parlament Assambleyasının prezidenti Herman Van Rompuya, Avropa Komissiyasının prezidenti Cənab Martin Şultza, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri cənab Barak Obama, Vladimir Putin və Fransua Ollanda Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin Azərbaycanın hava məkanını pozaraq cəbhədəki ön mövqelərimizə hücum etməsi ilə bağlı müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda qeyd edilir ki, Azərbaycanın suveren ərazilərində 6 noyabr 2014-cü ildən 40 minlik ordu ilə təlim keçirən Ermənistan son bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirib. Bu hərəkətlərin nəticəsi olaraq Azərbaycan ordusunun HHM qüvvələri cavab atəşi açaraq özünümüdafiə hüququndan istifadə edib.

Azərbaycan beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən razilaşdırılmamış bütün aviasiya uçuşları hava sərhədlərinin pozulması kimi qiymətləndirir.

Məktubda regionda sülhün və stabilliyin qorunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılması və BMT-nin hər 4 qətnaməsinin tələblərinin icrasının vacibliyi vurğulanır.


Teqlər:





Xəbər lenti