İlham Əliyev 20 saylı məktəbə 5 milyon ayırdı

İlham Əliyev 20 saylı məktəbə 5 milyon ayırdı
  14 Noyabr 2014    Oxunub:2263
Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:

Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

AzVision.az




Teqlər:



Xəbər lenti