İcra hakimiyyətindən 150 min AÇIQLAMASI
İş adamı qeyd edib ki, ötən ilin iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəlib, amma elə həmin gündən Gədəbəy Rayon İcra Hakimiyyətinin əsassız təzyiqinə məruz qalıb.
Eyni zamanda O.Əliyev əlavə edib ki, həmin obyekt üçün icra başçısı ondan 150 min manat pul tələb edib.
AzVision.az xəbər verir ki, ucnoqta.az -ın əməkdaşı məsələ ilə bağlı Gədəbəy rayon icra başçısının birinci müavini Qüdrət Paşayevlə əlaqə saxlayıb. Qüdrət Paşayev açıqlamasında deyilənləri birmənalı təkzib etdi. “O adamın özünə sual vermək lazımdı ki, gedib meşə sahəsində qanunsuz, heç bir icazə olmadan pansionat tikməyə sənə kim icazə verib?
Əvvəla, söküntü biz tərəfdən yox, meşə idarəsi tərəfindən aparılıb. Sonra da ki, onun əlindəki sənədə baxın, orda da əsaslı tikinti aparmağa icazə verilməyib.
Mən onu iki dəfə prokurorluğa vermişəm. Birində rayon prokurorluğundan mənə cavab gəlib ki, onun səninlə bağlı rüşvət istəmə iddiası sübuta yetmədi. Mən də dərhal yazmışam ki, məni ağır cinayətdə ittiham edərək böhtan atdığına görə həbs olunmalıdı. Mən onun böhtançı kimi həbs olunmağını istəyirəm. Mən o məsələni qaldırmışam, rayon prokurorluğunda hal-hazırda iş gedir”
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


